Vaxt.Az

4 alpinistin cəsədi tapılıb


 

Mont Blan dağına qalxarkən itkin düşmüşdülər

4 alpinistin cəsədi tapılıb Fransanın “TF1” telekanalının polisə istinadən verdiyi xəbərə görə, həftəsonundan itkin düşmüş 4 alpinistin cəsədi Fransa Alp dağlarında Mont Blan zirvəsi yaxınlığında tapılıb.

DPA-nın verdiyi məlumata görə, xilasedici qruplar iki italyan və iki cənubi koreyalı alpinisti helikopterin köməkliyi ilə tapıblar.

Xilasetmə qruplarının şənbə günündən axtardığı alpinistlər Alp dağlarının ən yüksək dağının zirvəsinə yaxın olarkən həlak olublar.

Ötən şənbə günü axşam saatlarında polisə məlumat verilib ki, üç alpinist qrupu Mont Blank dağında pis hava şəraiti səbəbindən çətinliklə üzləşib.

Bazar günü səhər xilasetmə qrupları iki Cənubi Koreya vətəndaşını 4100 metr yüksəklikdən çıxara bilib.

Lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar digər dörd alpinistin axtarışları dayandırılıb. Dünən könüllülər öz işlərinə davam ediblər.

 





12.09.2024    çap et  çap et