Vaxt.Az

“İraq və İranın tək düşməni var”


 

Pezeşkian ad çəkmədi ...

“İraq və İranın tək düşməni var” İran prezidenti Məsud Pezeşkian Bağdad və Tehranın “tək düşmən”lə üz-üzə olduğunu deyib və ölkəsinin “güclü və müstəqil İraq” istədiyini bildirib.

Pezeşkian dünən (çərşənbə) Bağdada gəlib və Bağdad Beynəlxalq Hava Limanından İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri Qasım Süleymaninin öldürüldüyü yerə gedib və əklil qoyub.

Baş nazir Məhəmməd Şia əl-Sudani Tehranla münasibətləri "güclü" adlandırıb. Pezeşkiyanla keçirdiyi mətbuat konfransında “Hər iki ölkənin təhlükəsizlik bölmələri sərhədə nəzarət və qaçaqmalçılığın qarşısını almaq üçün işlərini davam etdirir”. Pezeşkian çıxışında “Tehran İraqla yeni təhlükəsizlik sazişləri imzalamalıdır, çünki hər iki ölkəni təhdid edən düşmən eynidir” deyib. Sudani və Pezeşkian arasında keçirilən görüşdən sonra iki ölkə arasında iqtisadiyyat, təhsil əməkdaşlığı və dini turizmi əhatə edən 14 anlaşma memorandumu imzalanıb. İran prezidenti bəyan edib ki, Anlaşma Memorandumu “iki tərəf arasında əməkdaşlıq üçün yeni başlanğıcı təmsil edir”.

 





12.09.2024    çap et  çap et