Keçmiş Dünya Ticarət Mərkəzinin yerləşdiyi ərazidə keçirilən ilk mərasimdə ABŞ prezidenti Co Bayden, vitse-prezident Kamala Harris, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, vitse-prezidentliyə namizəd JD Vens, Nyu-York senatoru Çuç Şumer və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq iştirak ediblər.
Mərasimdə Bayden, Harris və Tramp yan-yana olması ilə maraqlı anlar yaşanıb. Mərasim başlamazdan əvvəl 5 noyabr prezident seçkiləri üçün dünən axşam canlı yayımda ilk debatını keçirən Harris və Trampın əl sıxaraq bir-birini salamlaması diqqət çəkib.
Mərasim hücumda həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, həlak olanların adları ucadan oxunub.
Nyu-Yorkdakı mərasimdən sonra Bayden və Harris sentyabrın 11-də qaçırılan sonuncu təyyarənin qəzaya uğradığı Pensilvaniya ştatının Şenksvill şəhərində keçirilən mərasimə gediblər. Harris və Bayden “F-16”ların müdaxiləsi nəticəsində 93 saylı reysin vurulduğu açıq sahənin yaxınlığındakı abidənin önünə əklil qoyub, oradan da sentyabrın 11-də başqa bir təyyarənin qəzaya uğradığı Pentaqonun anım mərasiminə keçiblər. .
Baydenin bu tədbirdə Trampın məşhur “MAGA” (Make America Great Again) papağını geyindiyi anlar sosial mediada yayılıb. Bir çox Tramp tərəfdarı “Dəstəyiniz üçün təşəkkür edirəm, Co” mesajını paylaşsa da, Ağ Ev Baydenin iki partiyalı demokratiyanı müdafiə etmək üçün şapka taxdığını bildirdi.