Vaxt.Az

67 milyon insan izlədi


 

Kamala Harris-Donald Tramp dueli üçün milyonlar insanın nəzəri ekranlara zilləndi

67 milyon insan izlədi ABŞ noyabrda Donald Tramp və Kamala Harris arasında keçiriləcək seçkiyə hazırlaşır. Yarışda qarşılaşacaq namizədlər dünən (sentyabrın 11-də, ABŞ vaxtilə ayın 10 axşam saatlarında) axşam ilk dəfə canlı yayımda üz-üzə gəlib. Reytinq məlumatlarına görə, Tramp-Harris duelini 67 milyon insan izləyib. Bu baxış sayı Bayden-Tramp duelini üstələyib, lakin rekord hələ də 2016-cı ildə Tramp-Klinton debatına məxsusdur.

Noyabrın 5-də ABŞ-da prezidentlik yarışında üz-üzə gələcək ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Tramp və vitse-prezident, Demokratlar Partiyasının namizədi Kamala Harris dünən axşam ilk dəfə canlı yayımda çıxış ediblər.

***

Harris və Tramp arasındakı canlı debatı Baydenin namizədlikdən geri çəkilməsinə səbəb olan ilk dueldən 16 milyon çox insan izləyib. Reytinq məlumatlarına görə, budəfəki tamaşaçılar arasında  gənc və orta yaşlıların sayında əhəmiyyətli dərəcədə artım olub.

Debat “ABC News” tərəfindən idarə olundu, lakin 17 müxtəlif kanalda yayımlandı. İyun ayında Tramp-Bayden debatını 51,3 milyon insan izləmişdi.

Tramp-Harris dueli 2016-cı ildə 84 milyon insanın izlədiyi Tramp və Hillari Klintonun ilk görüşünün rekord sayda izləyici sayına çatmayıb. Bayden və Tramp arasında 2020-ci ilin ilk debatı 73,1 milyonun izləmişdi.

Digər tərəfdən, dünyaca məşhur komediya serialları arasında “Seinfeld”in finalı 76,3 milyon, “Friends”in finalı isə 52,5 milyon nəfər tərəfindən izlənilib.

Trampın seçki komandası Trampın duelin qalibi olduğunu bildirən paylaşımlar edib.

Hazırda iki prezidentliyə namizəd arasında başqa debatlar planlaşdırılmayıb, lakin Harrisin komandası başqa debat tələb edib. Tramp isə hələ ki, debat ideyasına müsbət yanaşmır.

 





12.09.2024    çap et  çap et