Cənubi Koreyanın nüvə enerji şirkəti “Korea Hydro & Nuclear Power” (KHNP) tərəfindən 2016-cı ildə edilən müraciətin qəbul edildiyi bildirilən açıqlamada, Şin-Hanul 3 və 4 reaktorlarının ölkənin Uljin bölgəsində qurulacağı qeyd edilib.
Açıqlamada tikinti sahəsinə baxış keçirildiyi və təhlükəsizliyə təsir edəcək hər hansı geoloji risk aşkar edilmədiyi bildirilib.
Şin-Hanul 3 və 4-ün tikintisi üçün müraciət 2016-cı ilin yanvarında edilib, lakin enerji siyasətinin dəyişməsi səbəbindən layihə 2017-ci ildə dayandırılıb.
Digər tərəfdən, layihə ilə bağlı araşdırmaların 2022-ci ildə yenidən başlayacağı açıqlanıb.
Bu iki yeni nüvə reaktoru üçün verilən tikinti icazəsi, 2016-cı ildən bəri ölkədə nüvə reaktorları üçün verilən ilk razılıqdır idi.