Keçən ilin eyni ayında federal hökumətin büdcə profisiti 89 milyard dollar olub. Beləliklə, büdcə balansı ötən ilin eyni ayı ilə müqayisədə 469 milyard dollar azalıb. Bu dövrdə büdcə balansı ilə bağlı bazar gözləntisi büdcənin 286 milyard dollar kəsir verəcəyi idi.
Hökumətin gəlirləri avqust ayında keçən ilin eyni ayına nisbətən 8 faiz artaraq 307 milyard dollara, xərcləri isə 254 faiz artaraq 687 milyard dollara çatıb.
2024-cü maliyyə ilinin 11-ci ayı olan avqust ayı etibarilə ölkənin büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 24 artaraq 1 trilyon 897 milyard dollara çatıb. Adıçəkilən kəsir keçən ilin eyni dövründə 1 trilyon 525 milyard dollar səviyyəsində idi.
Maliyyə ilinin 11 ayında xərclər keçən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 6 trilyon 288 milyard dollara, gəlirlər isə 11 faiz artaraq 4 trilyon 391 milyard dollara çatıb.
Digər tərəfdən, avqust ayı büdcə hesabatı ABŞ Maliyyə Nazirliyinin internet saytındakı texniki problemə görə dərc edilməli olduğu vaxtdan əvvəl açıqlanıb.