Vaxt.Az

“BMT yenilənməlidir”


 

Quterreş “Gələcəyin Zirvəsi” ərəfəsində qlobal institutları islahat etməyə çağırıb

“BMT yenilənməlidir” Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş “BMT-nin Gələcəyin Zirvəsi Sammitinin Qlobal Çağırışı” onlayn tədbirinə videomüraciət göndərib. Quterreş bəyan edib ki, BMT Baş Assambleyası çərçivəsində keçiriləcək sammit öncəsi qlobal institutların islahatı əsas əhəmiyyət kəsb edir.

“BMT Təhlükəsizlik Şurası keçmişdə ilişib qalıb. Beynəlxalq maliyyə arxitekturası təsirsiz və etibarsızdır”, – deyən Quterreş mövcud beynəlxalq sistemin bir çox məsələ ilə məşğul olmaq üçün kifayət etmədiyinə diqqət çəkib.

Quterreş bəyan edib ki, “Gələcəyin Zirvəsi” sammiti daha güclü çoxtərəfli sistem qurmaq üçün bir fürsətdir.

Qlobal institutların islahatlarının əsas əhəmiyyət kəsb etdiyini vurğulayan Quterreş gələcək nəsillər üçün həmrəyliyə daha çox ehtiyac olduğunu vurğulayıb.

Quterreş qeyd edib ki, yeni dövrün çağırışları ilə mübarizə aparmaq üçün BMT də yenilənməlidir.

“Gələcəyin Zirvəsi”nin təqdim etdiyi fürsətdən istifadə etməyin zəruri olduğunu bildirən Quterreş üzv ölkələrdən hazırda müzakirə olunan razılaşmaları dəstəkləmələrini istəyib.

Sentyabrın 22-23-də BMT Baş Assambleyası çərçivəsində “Gələcəyi Zirvəsi” sammitinə ev sahibliyi edəcək. BMT Baş Assambleyasında 190-dan çox ölkənin lideri ayın 24-dən başlayaraq çıxış edəcək.

 





13.09.2024    çap et  çap et