“Mastercard”dan verilən açıqlamada qeyd edilib ki, şirkət 2,65 milyard dollara “Insight Partners”dən “Recorded Future”ni əldə etmək razılaşması ilə kibertəhlükəsizlik xidmətlərini genişləndirib.
Açıqlamada “Recorded Future”un 75 ölkədə, o cümlədən 45 ölkənin hökumətləri və “Fortune 100” şirkətlərinin yarısından çoxu olmaqla 1900-dən çox müştərisi olduğu və bu alışın “Mastercard”ın saxtakarlığın qarşısının alınması, real vaxt rejimində qərarların qəbulu və kibertəhlükəsizlik xidmətləri göstərəcək.
Açıqlamada qeyd edilib ki, satınalma 2025-ci ilin birinci rübündə tamamlanacaq.