“Times of Israel”in məlumatına görə, şəhərdəki hücumlara cavabdeh olan briqada generalı Yitjak Koen Filadelfiyadakı qərargahdan jurnalistlərə açıqlama verib.
“Dörd batalyon məhv edilib. Biz bütün şəhər ərazisindəki əməliyyat nəzarətini tamamladıq”, – Koen deyib.
İsrail Ordusunun 162-ci Diviziyasına komandanlıq edən Koen, döyüş mühəndislərinin Misir sərhədindəki Filadelfiya xəttindən Rəfah şəhərinin kənarına qədər təxminən 300 metr uzanan 203 ayrı, lakin bir-birinə bağlı tunel aşkarladığını söyləyib.
“Biz onların əksəriyyətini məhv etdik. Biz digər sahələri də araşdırmaq üzərində işləyirik və araşdırmanı başa vurduqdan sonra onlar da məhv ediləcək”.
Koen vurğulayıb ki, İsrail ordusu indiyədək 203 tuneldən Misirə keçən cəmi 9 tunel aşkarlayıb, lakin onların hər biri əvvəllər ya Misir hakimiyyəti, ya da terror təşkilatı tərəfindən bağlanıb.
Koen, "Misir ərazisinə keçən doqquz yeraltı tunel var, lakin onlar dağılmış, istifadəyə yararsız və fəaliyyətsizdir”, – deyib.