Vaxt.Az
“Beynəlxalq sular heç kimin ərazisi deyil”
Alman donanması Çinin etirazlarına baxamayaraq Tayvan boğazından keçəcək
Alman donanmasına aid iki gəminin Tayvan boğazından keçəcəyi bildirilib. Almaniyanın müdafiə naziri Boris Pistorius bu sözləri Berlində litvalı həmkarı Laurinas Kasciunas ilə keçirdiyi birgə mətbuat konfransında danışıb. Alman donanmasına aid iki gəminin Çinin etirazlarına baxmayaraq Tayvan boğazından keçəcəyini təsdiqləyən Pistorius, “Hər zaman müdafiə etdiyimiz və mənim də müdafiə etdiyim çox sadə bir şey var. Beynəlxalq sular hər kəs üçün açıqdır. Bu, hava şəraitini nəzərə alaraq ən qısa yoldur”, – deyib.
Digər tərəfdən mətbuat konfransından sonra Almaniya ilə
Litva arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Baden-Vürtemberq” və
“Frankfurt am Main” əməliyyat qrupunun təchizat gəmisinin Cənubi Koreyadan
Filippinə səyahət üçün Tayvan boğazından keçəcəyi gözlənilir.
Bu cür hadisə sonuncu dəfə 22 əvvəl baş vermişdi.
Çin Xarici İşlər Nazirliyi, mümkün gəmilərin Tayvan
boğazından keçəcəyi ilə bağlı xəbərdarlıq edərək, “naviqasiya azadlığı” adı
altında müvafiq dövlətlər tərəfindən ölkənin suverenliyi və təhlükəsizliyinə təhdid
və təxribatları rədd etdiyini açıqlayıb.
13.09.2024 çap et