“Euronews”un verdiyi xəbərə görə, şübhəlinin mümkün qədər çox əsgər öldürməyi və ictimaiyyət arasında etibarsızlıq hissi yaratmağı istədiyi düşünülür.
Münhen Prokurorluğu tərəfindən verilən açıqlamada, 27 yaşlı suriyalının radikal İslam ideologiyasını dəstəkləməkdə şübhəli bilindiyi bildirilib. Şübhəlinin bu ayın əvvəlində hər biri təxminən 40 santimetr uzunluğunda iki dəyənək əldə etdiyi və onlarla əsgərlərə hücum etməyi planlaşdırdığı iddia edildi.
Prokurorluqdan verilən açıqlamada şübhəlinin bir gün əvvəl həbs olunduqdan sonra hakim qarşısına çıxarıldığı, lakin məxfilik qaydalarına uyğun olaraq adının açıqlanmadığı bildirilib.
Həbs avqustun 23-də Almaniyanın qərbində Solingen şəhərində 3 nəfərin ölümü və 8 nəfərin yaralanması ilə nəticələnən hücumdan sonra baş verib. Solingen hücumunda şübhəli bilinən 26 yaşlı suriyalı saxlanılıb.
Son zorakılıq hadisələri Almaniyanı dərindən sarsıtdı və immiqrasiya məsələsini yenidən ölkənin siyasi gündəminə gətirdi. Bundan sonra Almaniya Daxili İşlər Nazirliyi bu həftə bütün doqquz sərhəd qapısında müvəqqəti sərhəd nəzarətini genişləndirdi. Altı ay davam etməsi planlaşdırılan sərhəd nəzarətləri, Avropanın birliyinə təhlükə törətdiyi səbəbiylə tənqid edilir.