Vaxt.Az

Dunayda batmış gəmi tapılıb


 

Nasist Almaniyasının Qara dəniz hərbi donanmasına aid imiş

Dunayda batmış gəmi tapılıb Serbiyanın şərqindən keçən Dunay çayında İkinci Dünya müharibəsindən qalma hərbi gəminin qalıqları tapılıb. Yerli KİV-in məlumatına görə, Praxovo kəndinin ərazisində Dunay çayında son vaxtlar həddindən artıq istilər səbəbindən sular çəkildiyi üçün çayın səthində İkinci Dünya müharibəsi zamanı batan alman hərbi gəmisinin gövdəsi görünməyə başlayıb.

Gəminin paslanmış olmasına baxmayaraq, demək olar ki, bütöv halda qorunub saxlanması diqqət çəkib.

Yerli media gəminin 1944-cü ildə keçmiş Sovet İttifaqından çəkilən nasist Almaniyasının Qara dəniz donanmasına aid olduğunu bildirib.

Serbiyanın Rumıniya ilə sərhədində, Dunay çayında İkinci Dünya Müharibəsi zamanı batan 200-dən çox gəminin tapıldığı və onların 80 ildir bu bölgədə suyun dərinliyində qumun altında batdığı bildirilib.

Bu arada qeyd olunub ki, üzən gəmilər çayda nəqliyyatın hərəkətinə mənfi təsir edib.

 





13.09.2024    çap et  çap et