Nazirlikdə keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın “Russia Today” dövlət kanalına bağlı 3 qurum və 2 şəxsə qarşı sanksiya qərarının verildiyini bildirib.
Blinken iddia edib ki, sözügedən qurumlar və şəxslər Rusiyanın dövlət mediası olan “Russia Today” ilə bağlı xarici dövlətlərdə ciddi dezinformasiyalar həyata keçirib və jurnalist fəaliyyətləri xaricində “gizli casusluq”la da məşğul olublar.
ABŞ dövlət katibi “Russia Today”in bir çox xarici ölkələrdə “sabitliyi pozan fəaliyyətlər” və dezinformasiya kampaniyaları, eləcə də Moskvanın Ukraynadakı müharibəsini qanuniləşdirməyə yönəlmiş bir çox fəaliyyətlər həyata keçirdiyini iddia edib.
““Russia Today” istəyir ki, onların yeni gizli kəşfiyyat imkanları uzun müddət davam edən dezinformasiya səyləri kimi gizli qalsın”, – deyə Blinken bildirib.
ABŞ Ədliyyə Nazirliyi sentyabrın 4-də verdiyi açıqlamada Rusiyaya bağlı bəzi media qurumlarını və sosial media platformalarını, o cümlədən “Russia Today”i noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib və bu çərçivədə sanksiyalar elan edib.
ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Rusiya “Russia Today” və digər media qurumları vasitəsilə 2016-cı il prezident seçkilərinə müdaxilə etməyə cəhd edib, Moskva isə seçkilərə müdaxilə iddialarını rədd edib.