Vaxt.Az

İsveç siyasətçidən qalmaqallı paylaşım


 

Comşofu müdafiə edən partiya yoldaşı ondan geri qalmadı

İsveç siyasətçidən qalmaqallı paylaşım İsveç Parlamentinin Ədliyyə Komitəsinin sədri, ifrat sağçı İsveç Demokratlar Partiyasından (Sverigedemokraterna – SD) olan millət vəkili Richard Comşofun sosial şəbəkəsindəki media hesabında müsəlmanları təhqir edən iki karikatura paylaşdığı üçün nifrət cinayəti törətdiyinə görə istintaq başladıldığı bildirilib.

İsveç dövlət televiziyası “SVT” bu barədə xəbər yayımlayıb.

SVT-yə verdiyi açıqlamada SD Parlament Qrupunun sədri Mattias Karlsson, Comşofa qarşı nifrət cinayətinə görə istintaq başladıldığını təsdiqləyib və onun istintaq tamamlanana qədər Parlament Ədalət Komitəsinin sədri vəzifəsindən istefa verdiyini bildirib.

Karlsson bu qərarın istintaq naminə düzgün olduğunu bildirib.

SD partiyasının üzvü Mattias Karlsson partiya yoldaşını dəstəklədiyini göstərmək üçün müsəlmanlara qarşı təhrikdə şübhəli bilinən yazıları yenidən paylaşıb.

Mətbuata açıqlama verən Karlsson sosial mediada Comşofa həmrəyliklərini nümayiş etdirmək üçün bütün tərəfdarlardan müsəlmanları təhqir edən karikaturaları paylaşmalarını istəyib.

“Əgər kimsə məni də sözügedən satirik şəkli yenidən paylaşdığım üçün polisə şikayət etmək istəyirsə, çəkinməyin”, – Mattias Karlsson yazıb.

 





14.09.2024    çap et  çap et