ANS PRESS-in məlumatına görə, Ankaradakı səfir Francis J. Ricciardone ABŞ- ı özü üçün iqamətgah seçən hər bir türk vətəndaşının hüquqlarına müdaxilə etməyəcəklərini söyləyib. Onun sözlərinə görə, ABŞ məsələ ilə əlaqədar olaraq Türkiyə hökumətinin bütün qərarlarına hörmətlə yanaşır və onların daxili işlərinə müdaxilə edə bilməz: «Bu məsələni Türkiyə hökuməti gündəmə gətirdi. Qanuni formada edilən bütün müraciətlərə ciddi şəkildə cavab verəcəyik».
Ankaradakı ABŞ səfiri Francis J. Ricciardone ölkəsi ilə Fəthullah Gülən arasında olan münasibətlərə də aydınlıq gətirib.
O, qeyd edib ki, ABŞ-ın Fəthullah Gülənlə heç bir münasibəti yoxdur: «Bizim dövlətlərlə yalnız rəsmi əlaqələrimiz var», - deyə səfir sözlərinə əlavə edib.