Gələn ay vəzifəsini tərk edəcək Stoltenberq Almaniyanın həftəlik “Frankfurter Allgemeine Zeitung” qəzetinə açıqlamasında “Biz indi müharibə üçün hərbi təchizat veririk. O zaman biz müharibənin qarşısını almaq üçün hərbi təchizat verə bilərdik”, – deyib.
Stoltenberq Rusiya ilə gərginliyin artması qorxusundan NATO-nun Kiyevin Rusiyanın işğalından əvvəl tələb etdiyi silahları vermək istəmədiyini qeyd edib.
Müharibə başlayandan sonra, Ukrayna NATO-nun üzvü olmasa da, Kiyev NATO-nun ilkin istəksizliyindən sonra dəfələrlə silah sistemləri alıb.
Stoltenberq 2014-cü ildən tutduğu postunu oktyabrda tərk edəcək. Stoltenberq 2000-2001 və 2003-2011-ci illərdə Norveçin baş naziri olub. İyun ayında Hollandiyanın keçmiş baş naziri Mark Rutte Qərb hərbi alyansının (NATO) yeni baş katibi elan edilib.
“Reuters”in verdiyi məlumata görə, Stoltenberq müsahibəsində bildirib ki, Ukraynada müharibəyə son qoyulması ancaq danışıqlar masası arxasında mümkün ola bilər. “Bu müharibəni bitirmək üçün nə vaxtsa Rusiya ilə başqa dialoq olmalıdır, lakin bu Ukraynanın gücünə əsaslanmalıdır”, – deyə Stoltenberq bildirib.