Vaxt.Az

«Əvvəlcə öz evində təzək yandırsın»


 

Mirvari Qəhrəmanlı vitse-spiker Valeh Ələsgərovun «təzə təzək» təklifinə hiddətləndi

«Əvvəlcə öz evində təzək yandırsın» «Vitse-spiker Valeh Ələsgərov əvvəlcə öz evində peyin, təzək yandırsın. Baxaq görək iyi-qoxusu xoşuna gəlirmi. Əgər gəlsə, ondan sonra əhaliyə də evində qaz əvəzinə təzək yandırmağı məsləhət görsün».

4Bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Milli Məclisin vitse-spikerinin ucqar kəndlərə qaz çəkilməsi əvəzinə peyindən istifadə edilməsi təklifinə münasibət bildirərkən deyib.

Hüquq müdafiəçisi virtualaz.org saytına bildirib ki, kəndlərin qazlaşdırılması proqramı tam yerinə yetirilmir: «Ölkədə qaz itkisi var, kəndlərin qazlaşdırılması nəzərdə tutulan səviyyədə aparılmır. İndi də deyirlər ki, kəndlərin qazlaşdırılması çox vəsait tələb edir. Qaz itkisindən itirilmiş pulları hesablayıb açıqlasınlar. Niyə əhali peyin iyləməyə layiq görülür?»

M.Qəhrəmanlı V.Ələsgərova da müraciət edib: «Valeh Ələsgərov mühəndis kimi fəaliyyət göstərəcəyi halda daha çox xeyir verə bilərdi. Onun vitse-spiker olmasına ehtiyac yox idi».

Tanınmış iqtisadçı Rövşən Ağayev də məsələyə münasibət bildirib: ««Şahdağ»a xərcləməyə 1 milyard manat var, amma kəndlərin infrastruktur problemini həll eləməyə vəsait yoxdur».

Yada salaq ki, V.Ələsgərov parlamentin 4 aprel tarixli iclasındakı çıxışında ucqar kəndlərin qazlaşdırılmasının baha olduğunu deyərək əhalini evində qaz əvəzinə təzək yandırmağa çağırmışdı: «Kəndlərimizdə peyin nə qədərdir, bunu bilirsiniz. Gəlin oturaq bunu müzakirə edək. Yoxsa hər kəndə qaz çəkməyə ölkənin pulu çatmaz».

 





07.04.2014    çap et  çap et