Vaxt.Az

“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”


 

Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”

“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər” Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedev bu gün (sentyabrın 14-də) bildirib ki, onun ölkəsi Ukraynanın Qərbin uzaqmənzilli raketlərindən istifadəsinə cavab olaraq Ukraynanın paytaxtı Kiyevi qeyri-nüvə silahları ilə məhv edə bilər.

“Reuters”in verdiyi xəbərə görə, Medvedev Ukraynanın Rusiyanın Kursk bölgəsinə hücumu səbəbindən Moskvanın nüvə silahından istifadə etmək üçün artıq rəsmi səbəbləri olduğunu, lakin səbri tükəndikdə Kiyevi “ərimiş kütləyə” çevirmək üçün yeni və qabaqcıl texnoloji silahlardan istifadə edə biləcəyini deyib.

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynanın Qərbdən aldığı uzaqmənzilli raketlərin Rusiyaya qarşı istifadəsinə icazə verilib-verilməyəcəyi ilə bağlı qərarı təxirə salıb. Bu, Moskvanı NATO ölkələri ilə münaqişəyə gətirib çıxara biləcəyi ilə hədələməyə vadar edən plan idi. Starmer Ağ Evdə jurnalistlərə deyib ki, o, Baydenlə strategiyaya dair geniş görüş keçirib və amma detallarını açıqlamayıb.

Görüşdən əvvəl rəsmilər bildiriblər ki, Starmer, müttəfiqlərin döyüş meydanındakı vəziyyətdən getdikcə daha çox narahat olduğu bir vaxtda, Britaniyanın “Storm Shadow” raketlərini Ukraynaya göndərmək planını dəstəkləməsi üçün Baydenə təzyiq göstərəcək. Bununla belə, Leyboristlər Partiyasının lideri bildirib ki, o, Baydenlə planı gələn həftə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında “daha geniş qrup”la müzakirə edəcək.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də xəbərdarlıq edib ki, Qərb Ukraynanın Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmasına icazə verərsə, bu, “NATO ölkələri Rusiya ilə müharibə edəcək” mənasına gələcəl.

 





14.09.2024    çap et  çap et