ABŞ, Almaniya, Fransa, İngiltərə, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 ölkələrinin xarici işlər nazirləri və Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi birgə bəyanatda, “İran ballistik raketlərini ixrac edir və Rusiya şirkətin bunları tədarük etməsini ən sərt şəkildə qınayırıq”, – qeyd edilib.
Bəyanatda, "Beynəlxalq ictimaiyyətin dayandırmaq çağırışına baxmayaraq, İranın silah göndərməyə davam etdiyinə dair dəlillər göstərir ki, Ukraynaya qarşı təcavüzkar müharibədə İranın Rusiyaya hərbi dəstəyi daha da artıb. Rusiya Ukraynanın mülki əhalisini qətlə yetirir və kritik infrastruktur obyektlərinə zərbə vurur. Rusiyanın bu təcavüzü beynəlxalq hüququn, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır”, – deyilib.
G7-nin bəyanatında aşağıdakılar qeyd edilib: "İran Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və ədalətsiz müharibəsinə verdiyi bütün dəstəyi və Ukrayna xalqına, ümumilikdə Avropa və beynəlxalq təhlükəsizliyə birbaşa təhdid yaradan ballistik raketlərin, PUA-ların və əlaqəli texnologiyaların ötürülməsini dərhal dayandırmalıdır. Biz, İranın Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsinə verdiyi qəbuledilməz dəstəyinə görə məsuliyyət daşımaq öhdəliyimizə sadiq qalırıq ki. İranın bu dəstəyi qlobal təhlükəsizliyi daha da zəiflədir”.