Aprelin 6-da nümayişçilər Şərqi Ukraynanın Donetsk və Luqansk şəhərlərində regional dövlət idarələrinin binalarına hücum ediblər. Luqanskdan məlumat verən Ukrayna televiziyası üç nəfərin yaralandığını bildirir.
Yerli media Xarkovda da buna bənzər
vəziyyətin qeydə alındığını deyir. Ukrayna televiziyası xəbər verir ki, Luqansk
etirazçıları Rusiyaya qoşulmaq barədə referendum tələb edirlər.
Kiyevdə parlamentin mətbuat xidməti
bildirib ki, Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən Aleksandr
Turçinov Ukrayna Milli Təhlükəsizlik xidmətinin rəhbərləri ilə təcili görüş
keçirib.
«Reuters» Turçinovun aprelin 7-də
Litvaya planlaşdırdığı səfəri təxirə saldığını deyib. Məqsəd vəziyyəti qaydaya
salmaqdır.
«Separatçı qarışıqlıq»
Ukraynanın daxili işlər naziri Arsen
Avakov bildirib ki, polis zorakılığa əl atmadan Şərqi Ukraynada hər iki şəhərdə
asayişi bərpa edəcək.
O, separatçı iğtişaşların növbəti
dalğasına görə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və Rusiya
prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını bildirib.
«Toplaşan insanların sayı elə də çox
deyil, ancaq aqressivdirlər», - o əlavə edib.
Donetskdə nümayişlər
Məlumata görə, Donetskdə bəzilərinin
əlində çubuq olan 50-yə yaxın etirazçı Şərqi Ukrayna şəhərinin regional hökumət
binasına hücum edib.
Onlar ikinci mərtəbənin balkonundan rus
bayrağı və «Donetsk Respublikası» yazılan afişa asıblar. 1500-ə yaxın nümayişçi
binanı əhatəyə alaraq «Rusiya!» deyə qışqırıb.
Luqansk şəhəri yaxınlığında yüzlərlə
şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) yerli qərargahını dövrəyə alaraq
nəzarətdə saxlanılan 15 ruspərəst fəalın sərbəst buraxılmasını tələb edib.
Bir neçə kişi binanın qapısını sındırıb,
pəncərələrə daş və yumurta ilə hücum edilib. Polis gözyaşardıcı qazdan istifadə
edib. Məlumata görə, iğtişaş zamanı iki nümayişçi və bir polis əməkdaşı xəsarət
alıb.
Təqsirləndirilən şəxslər saxlanılıb
Aprelin 5-də Ukrayna Təhlükəsizlik
Xidməti Luqanskda hakimiyyəti ələ keçirməyi planlaşdırdığı iddia edilən 15
nəfəri saxlayıb.
UTX-nin məlumatına görə, 300 pulemyot və
bir tank əleyhinə qumbara atan daxil olmaqla, müxtəlif silahlar da ələ
keçirilib.
Son həftələrdə Şərqi Rusiya ruspərəst
etirazçıların yığıldığı məkana çevrilib. ABŞ-ın hesablamalarına görə, Moskvanın
hazırladığı 40,000 nəfərlik rus qoşunu Rusiya sərhədindən uzaqda deyil.
Rusiya bildirib ki, onların hərbi
əməliyyatlarda iştirakı beynəlxalq normalara uyğun keçib.
Qeyd edək ki, Donetsk Moskva Krımı işğal
etməzdən əvvəl fevral ayında Kiyevdən Rusiyaya qaçan Yanukoviçin vətənidir.
Ukraynanın paytaxtı və qərb rayonlarında
vəziyyət gərgin olaraq qalır. Bura Mərkəzi Kiyevdə snayper atəşi ilə
nəticələnən Aİ yönümlü nümayişlər üçün meydana çevrilib. Nəticədə 90-a yaxın
insanın həyatına son qoyulduğu bildirilir.
Sağçı fəal öldürülüb
Aprelin 6-da Ukraynanın sağçı «Svoboda»
partiyası bildirib ki, əsas fəallardan olan Vasili Sergiyenko aprelin 5-də
üzərində işgəncə əlamətləri ilə meşədə tapılıb. O, aprelin 4-də «Vygrayev»in
mərkəzindən qaçırılmışdı.
Xatırladaq ki, Rusiya Aİ-nin neft və qazının üçdə birini və Ukrayna vasitəsilə nəql edilən qazın 40 faizini təmin edir. Həmçinin 123 milyard avro məbləğində məhsul idxal etməklə, Aİ-nin üçüncü ən böyük ticarət tərəfdaşıdır.