Vaxt.Az

Tammiqyaslı müharibə?


 

İsrail Livana qarşı hərbi əməliyyatları gücləndirə bilər

Tammiqyaslı müharibə? İsrail mediası İsrailin baş naziri Benyamin Netanyahunun şimalda Livan cəbhəsinə “Hizbullah” terror təşkilatına qarşı hücumları genişləndirmək qərarına gəldiyini iddia edib.

“Kanal 13” internet saytında yer alan xəbərə görə, Netanyahu sentyabrın 12-də şimal cəbhəsindəki gərginliyi müzakirə etmək üçün strateji toplantıya qatılıb.

Baş nazir burada bəyan edib ki, İsrail “şimal cəbhəsində hərtərəfli və güclü əməliyyat keçirmək niyyətindədir”.

Telekanal Netanyahuya yaxın və kimliyini açıqlamayan yüksək səviyyəli bir məmura istinadla şimal cəbhəsindəki bu hücumların dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin bu addımın yaxın vaxtlarda atılmasının planlaşdırıldığını bildirib.

İsrail Təhlükəsizlik Kabinetinin bu həftə şimal cəbhəsindəki gərginliyi həll edəcəyi gözlənilir.

Kanal həmçinin bildirib ki, kimlikləri açıqlanmayan bəzi İsrail təhlükəsizlik rəsmiləri şimal cəbhəsindəki hücumların genişləndirilməsinin Qəzzada hərbi varlığın azaldılmasını da tələb edəcəyini vurğulayıblar.

Bu rəsmilər Netanyahuya xəbərdarlıq ediblər ki, İsrailin şimalındakı mövcud vəziyyəti dəyişdirmək cəhdləri “tammiqyaslı müharibəyə gətirib çıxara bilər”.

 





15.09.2024    çap et  çap et