Vaxt.Az

Kanadada irqçilik güclənir


 

Türk ailənin işlətdiyi restoran 3 gün ərzində 2 dəfə yandırılıb

Kanadada irqçilik güclənir Kanadanın Kvebek şəhərində Pizza Mozza restoranı üç gün ərzində törədilən iki yanğın nəticəsində yararsız hala düşüb. Avqustun 31-də və sentyabrın 2-də gecə saatlarında türk ailəsinə məxsus restoran iki dəfə yandırılıb.

Müəssisə sahiblərindən Berat Saymadi yerli mətbuata verdiyi açıqlamada birinci yandırma hadisəsinin restorana böyük ziyan vurmadığını, ikincidə isə obyektin yararsız hala düşdüyünü bildirib.

Polis yandırma hadisəsi ilə bağlı araşdırmalara başlasa da, hələlik hadisəni törədən şəxs və ya şübhəli kimsə müəyyən edilməyib.

Saymadi hadisəylə bağlı sosial şəbəkədəki paylaşıma edib.

Dəstəklərinə görə Türkiyə Konsulluğuna və Oka Bələdiyyəsinə təşəkkür edən Saymadi, “Bizim işimizin 90 faizi restoranda yeyilən yeməklərdən gəlirdi və müştərilərlə o qədər yaxşı münasibət qurmuşduq ki, içəri girən kimi onların nə sifariş edəcəklərini bilirdik. Yeməklərimizi çox sevirdilər”, – deyib.

Digər tərəfdən, ailə yandırılan biznesin yenidən qurulması xərclərini ödəmək üçün ianə kampaniyası başladıb.

 





15.09.2024    çap et  çap et