Vaxt.Az

Hökumət seçkilərdən sonra istefa verib


 

Baş nazir ərizəsini krala təqdim edib

Hökumət seçkilərdən sonra istefa verib İordaniyanın baş naziri Bişer əl-Xasavne, ümumi seçkilərdən sonra adət üzrə İordaniya kralı II Abdullah istefa ərizəsini təqdim edib.

İordaniyanın dövlət televiziyası Əl Mamlakanın xəbərinə görə, baş nazir Xasavne 20-ci Nümayəndələr Palatasına seçkilərdən sonra istefa verib.

Xasavnenin yerinə hələ ki, təyinat olmayıb.

İordaniyada keçirilən hər parlament seçkisindən sonra hökumət yeni hökumətin qurulmasına hazırlıq məqsədilə istefa ərizəsini krala təqdim edir.

Bişer əl-Xasavne hökuməti 12 oktyabr 2020-ci ildə yaradılıb.

İordaniyada sentyabrın 10-da keçirilən seçkilərdə ölkə üzrə 197 yerli və ümumi siyahıdan 1623 namizəd parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında 138 yer uğrunda mübarizə aparıb.

İordaniyada parlament iki qanaddan ibarətdir: seçki yolu ilə müəyyən edilən Nümayəndələr Palatası və üzvləri Kral tərəfindən təyin olunan Senat.

 





15.09.2024    çap et  çap et