Vaxt.Az

Adam öldürmə cinayətinə 4 aylıq həbs?


 

Qonşusunu “Covid-19”a yoluxduran qadına həbs cəzası

Adam öldürmə cinayətinə 4 aylıq həbs? Qonşusunu “Covid-19”a yoluxduraraq ölümünə səbəb olan avstriyalı qadın həbs olunub. Avstriyanın Klagenfurt şəhərində 54 yaşlı qadın ağır adam öldürmə ittihamı ilə 4 aylıq həbs cəzasına məhkum edilib.

Avstriyada baş verən hadisə 2021-ci ilin dekabrında qadının karantin tədbirlərini pozması və virusa yoluxması ilə başlayıb.

İttiham tərəfinin təqdim etdiyi məhkəmə tibbi sübutları qadının virusu xərçəngdən müalicə olunan qonşusuna ötürdüyünü şübhəsiz sübut etdi. Məhkəmə bu sübutu qəbul edib. Lakin təqsirləndirilən şəxsin vəkili virusun qapı dəstəyi kimi birbaşa və ya dolayı yolla ötürülməsinin aydın olmadığını əsas gətirərək ittihamlara etiraz edib.

Hadisənin şahidi olan mərhumun oğlu və gəlini 21 dekabr 2021-ci il tarixdə mənzilin girişində cavabdehlə mərhum arasında qısamüddətli mübahisə olduğunu bildiriblər. Bu hadisədən sonra virusun keçdiyi güman edilir. Məhkəmə qadını təqsirli bilib və həbs cəzasına məhkum edib.

 





15.09.2024    çap et  çap et