Bunu modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
Deputat benzinin bahalaşmasının kommunal xidmət haqlarına təsirindən danışarkən bildirib ki, Azərbaycanda sözügedən xidmətlərin qiyməti kifayət qədər yüksəkdir: «Növbəti artım sosial gərginliyə səbəb olacaq. Əhali hətta ödənişlərdən imtina edə bilər. Düşünürəm ki, bu da əlavə problemlər yaradacaq».
Qeyd edək ki, aprelin 4-dən ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı avtomobil benzini satışdan çıxarılıb. Əvəzində məntəqələrdə «Premium Avro-95» markalı benzinin satışına başlanılıb. Bu markalı benzinin 1 litrinin qiyməti 93 qəpiyə satılır.
Aİ-95 markalı benzinin litri isə 80 qəpik idi.
Benzin satışında baş verən bu dəyişiklik əhali arasında ciddi narazılıq doğurub.