Vaxt.Az

“Qaydalar pozulub”


 

İngiltərədə 500 min funt-sterlinqlik qalmaqal

“Qaydalar pozulub” İşçi Partiyasının lideri və İngiltərə Baş naziri Keir Starmerin həyat yoldaşı Viktoriya Starmerin donor Vahid Allinin onun üçün etdiyi geyim ianələrini bəyan etmədiyi iddia olunub. İddialara görə, Starmer hədiyyələri 28 gün ərzində qeydiyyatdan keçirməli olsa da, gec bəyan edib. Mühafizəkarlar Partiyası isə İşçi Partiyasına 500 min funt sterlinq bağışlayan Alli ilə Starmer arasındakı əlaqələrin araşdırılmasını tələb edib.

İşçi Partiyasından donorlarından biri olan Vahid Allinin Böyük Britaniyanın baş naziri Keir Starmerə etdiyi ianələrin bəyan olunmaması parlament qaydalarının pozduğunu iddia edilib.

“The Guardian”ın verdiyi xəbərə görə, Viktoriya Starmerə verilən hədiyyələr daha sonra deputatların şəxsi əşyalarının qeydlərində elan edilib.

Hədiyyələrini və ianələrini 28 gün ərzində qeydiyyatdan keçirməli olan Starmer, şəxsi həyat yoldaşları siyahısında yenilənmiş məsləhətlər aldıqdan sonra gec bəyanat vermək üçün parlament rəsmilərinə müraciət edib.

Baş nazirlik ofisinin sözçüsü, “Biz vəzifəyə başlayanda səlahiyyətlilərdən məsləhət istədik. Biz qaydalara uyğun hərəkət etdiyimizə inanırdıq”.

***

Mühafizəkarlar Partiyası 2020-ci ildən Leyboristlər Partiyasına 500 min funt sterlinq bağışlayan Vahid Alli ilə Starmer ailəsi arasındakı əlaqələrin araşdırılmasını tələb edib. Keçən ay məlum oldu ki, Alli hökumətdə heç bir vəzifə daşımadığı halda ona müvəqqəti olaraq “Downing Street” təhlükəsizlik kartı verilib.

 





15.09.2024    çap et  çap et