Vaxt.Az

Trampın ətrafında silah səsləri


 

Bu dəfə ABŞ-ın keçmiş prezidentinin qolf oynadığı klubun yaxınlığından gəlib

Trampın ətrafında silah səsləri ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın qolf oynadığı Florida ştatında Beynəlxalq Qolf Klubunun ətrafında silah səsləri eşidilib.

Trampın seçki kampaniyasının kommunikasiya direktoru Stiven Çeunq hadisəylə bağlı verdiyi açıqlamada, “Prezident Tramp yanındakı silah səslərindən sonra təhlükəsizdir. Hələlik əlavə təfərrüatlar verməyəcəyik”, – dedi.

CNN telekanalında yayılan xəbərlərdə hadisə zamanı Trampın qolf oynadığı bildirilib. Qeyd olunub ki, hadisədən sonra qolf meydançası bağlanıb, təhlükəsizlik tədbirləri gücləndirilib.

“New York Post”un xəbərində bu gün (sentyabrın 15-də) qolf klubunun qarşısında iki nəfərin atışması olduğu və Trampın hadisə zamanı heç bir təhlükə yaşamadığı bildirilib.

İyunun 13-də ABŞ-ın keçmiş prezidenti Donald Trampın Pensilvaniya ştatında keçirilən mitinqində ona qarşı sui-qəsd edilib. Tramp hadisədən yüngül xəsarətlərlə xilas olub.

 





15.09.2024    çap et  çap et