FTB-nin məsələ ilə bağlı verdiyi açıqlamada məmurların Florida ştatının “West Palm Beach” şəhərinə köçürüldüyü bildirilib.
“West Palm Beach” polis rəisi Ric Bradşou açıqlamasında bildirib ki, Məxfi Xidmət agenti silahın lüləsinin hasardan çıxdığını görüb və şübhəli şəxsə atəş açıb. Silahlının Trampdan təxminən 400-500 metr aralıda olduğu bildirilib.
“Əlində 2 bel çantası və bir hərəkət kamerası olan şübhəlinin daha sonra silahını qoyub avtomobillə qaçıb”, – deyə Bradşou bildirib.
Bildirilib ki, şübhəli ilkin olaraq hadisə yerindən qaçsa da yaxınlıqdakı başqa bir şəhərdə tutulub. Bradşou, şahidlərin ifadəsi sayəsində şübhəlini tuta bildiklərini deyib.
Martin dairəsinin Polis rəisi Uilyam Snayder də şübhəlinin tutulduğu zaman üzərində silah olmadığını bildirib.
ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının 2024-cü il prezident seçkilərində namizədi olan Trampın Florida ştatındakı evinin yaxınlığında atışma səsləri eşidildikdən sonra onun təhlükəsiz olduğu bildirilir.
Kampaniyanın kommunikasiya direktoru Steven Cheung, "Yaxınlıqda atəş səsləri eşidildikdən sonra prezident Tramp təhlükəsizdir. Hələlik əlavə məlumat yoxdur”, – bildiklərini bölüşdü.
Ağ Evdən edilən yazılı açıqlamada ABŞ prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harrisin Trampın qolf oynadığı Tramp Beynəlxalq Qolf Sahəsində baş verən təhlükəsizlik hadisəsi ilə bağlı məlumatlandırıldıqları və təhlükəsiz olmasına sevindikləri və müntəzəm məlumat almağa davam edəcəkləri bildirilir.
Trampın böyük oğlu kiçik Donald Tramp “X” hesabında yerli hüquq-mühafizə orqanları tərəfindən hadisədən sonra tarladakı kolluqlarda AK-47 (qeyd edək ki, birinci sui-qəsd cəhdində də Trampa eyni markalı silahdan atəş açımışdılar) silahının tapıldığı və şübhəlinin tutulduğu barədə məlumat paylaşıb.
“Associated Press”ə danışan mənbələr bildiriblər ki, Məxfi xidmət agenti müdafiə etməkdən məsul olduğu Tramp qolf oynayan zaman şübhəli şəxsə atəş açıb.
***
Tramp tərəfdarlarına göndərdiyi elektron məktubda “heç vaxt təslim olmayacağını” vurğulayaraq, “Ətrafımda silah səsləri eşitdim, lakin söz-söhbətlər nəzarətdən çıxmazdan əvvəl bunları demək istəyirəm: Mən yaxşıyam və təhlükəsizəm”, – yazıb.
Keçmiş prezident Tramp iyulun 13-də Pensilvaniyada keçirilən mitinq zamanı sui-qəsd cəhdindən qulağından aldığı xəsarətlə sağ qalıb.