Rəsmi KİV-in məlumatına görə, sürəti saatda 151 kilometrə çatan Bebinca tayfunu, 1949-cu ildə “Qloriya” tayfunundan bəri Şanxayda baş verən ən güclü fırtına olub və təxminən 25 milyon əhalisi olan şəhəri vurub.
Şanxay nadir hallarda Çinin cənubuna çatan güclü tayfunlardan birbaşa təsirlənir. Dağıdıcı kateqoriyası 4 olan “Yağı” tayfunu keçən həftə ölkənin cənubundakı Haynan əyalətini vurdu. Məlumata görə, dünəndən etibarən şəhərin iki hava limanından yüzlərlə reys ləğv edilib və Şanxay Dəmiryol Vağzalı bəzi dəmir yolu xidmətlərini dayandırıb. Fövqəladə hal Çinin üç günlük Payız Ortası Festivalı bayramını qeyd etdiyi vaxt baş verir. Şanxaydakı kurortlar, o cümlədən Şanxay Disney Resort, Jinjiang Tema Parkı və Şanxay Vəhşi Heyvan Parkı müvəqqəti bağlanıb və bəzi bərə xidmətləri dayandırılıb.