2021-ci ildən Tehranda həbsdə olan Nobel Sülh Mükafatçısı fəalın təsisçisi olduğu Nərgis Məhammədi Fondu “X” platformasında verdiyi açıqlamada qeyd olunur ki, Evin zindanındakı məhbus qadınlar İranda hakimiyyətin zülm siyasətinə qarşı etirazçılarla həmrəy olduqlarını bildiriblər və İdeoloji səbəblərdən həbs olunduqları üçün aclıq aksiyasına başlayıblar: “Demokratiya və azadlığı bərqərar etmək əzmini bir daha təsdiqləyərək səsimizi ucaldırıq. Bu izim iradəmizi daha da gücləndirir”.
Fəalın hesabında qadın məhbusların etiraz mahnıları və şüarlar səsləndirdiyi video yayımlanıb.
Məlumata görə, insan haqları təşkilatı hakimiyyət orqanlarının Məhsa Əmininin valideynlərinə qarşı müvəqqəti ev dustaqlığı tətbiq etdiyini və təlimatı pozacaqları təqdirdə onların həbs ediləcəyi barədə xəbərdarlıq etdiyini bildirib.