Vaxt.Az

“Razılaşma şansları azalır”


 

İki ölkə müdafiə nazirlərinin telefon danışığı olub

“Razılaşma şansları azalır” İsrailin müdafiə naziri Yoav Qallant ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşündə qarşıdurmaların davam etdiyi Hizbullah ilə “razılaşdırılmış çərçivə (razılıq) imkanının” tükəndiyini müdafiə edib.

İsrail Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Qallantın ABŞ müdafiə naziri Lloyd Ostin ilə telefon danışığı olduğu bildirilib. Bildirilib ki, görüş zamanı iki tərəf Qəzzada israilli məhbusların azad edilməsi üçün razılığın əldə edilməsi səylərini müzakirə edib.

Qeyd edilib ki, Yəməndəki husilərin “regional təhlükə törətdiyini” bildirən Qallant “Hizbullah” terror təşkilatının “HƏMAS” terrorçuları ilə bağlılığını davam etdirdiyini və İsrailin şimalında münaqişələrin davam etdiyi üçün “Hizbullah”la razılaşdırılmış çərçivə sazişi imkanının tükəndiyini vurğulayıb.

İsrailin Qəzzaya hücumundan sonra 8 oktyabr 2023-cü ildən “Hizbullah” və “HƏMAS” terror təşkilatları ilə İsrail ordusu arasında “Mavi xətt” üzərində qarşılıqlı münaqişələr davam edir.

 





16.09.2024    çap et  çap et