500 ildir insanoğlu Qalileonun ixtira etdiyi optik teleskoplardan istifadə edərək Kainatı öyrənirdi. Teleskoplar modernləşdi, onlar təkcə görünən işıqda deyil, həm də radiodalğa diapazonunda da işləməyə başladılar. Və nəhayət teleskopları kosmosda yerləşdirməyə başladılar...Amma iş prinsipi dəyişməz qaldı, çünki elektromaqnit şüalanmasından istifadə edirlər.
2015-ci ildə Kip Torn və həmkarları yeni astronomiya kəşf etdilər. Onlar sübut etdilər ki, Kainatı başqa növ dalğalarla – qravitasiya dalğaları ilə də öyrənmək olar. Bunlar Böyük Partlayışdan gələn dalğalardır və onlar hər şeyin necə başladığı haqqında məlumat daşıyırlar.
Bu suala cavab axtardığına görə 1633-cü ildə Qaliley İnkvizisiya ilə problem yaşamışdı. Hətta edamla belə təhdid edildi o zaman.
500 il sonra Kip Torn məhz bu bu araşdırmalarına görə 2017-ci ildə fizika üzrə Nobel mükafatına layiq görüldü.
Dünya hardan haralara gəldi. Albert Eynşteynin 100 il əvvəl nəzəri olaraq ortaya çıxardığı qravitasiya dalğaları Kip Torn sayəsində praktiki olaraq da isbat edildi...
Kip Torn – qravitasiya nəzəriyyəsi, astrofizika sahəsində görkəmli alim, Stiven Hokinqin yaxın dostu və həmkarı olub. Çoxları Kip Tornu Nobel laureatı kimi deyil, kultlaşmış “Interstellar” (2014) filminin baş prodüseri kimi tanıyır.