Fransanın Avropa komissarı Tierri Breton Komissiya sədri Ursula fon der Leyen ilə fikir ayrılığına görə Komissiya üzvlüyündən istefa verərkən, Fransa Xarici İşlər Naziri Stefan Sejurneni yeni Komissiya üzvü kimi irəli sürüb.
Bretonun istefası iyun seçkilərindən sonrakı keçid dövründə gözlənilməz hadisə oldu.
“X” sosial platformasında istefa verdiyini açıqlayan Breton, yeni beş illik müddət üçün komandasını elan etməyə hazırlaşan fon der Leyeni “şübhəli idarəçilikdə” günahlandırdı.
Fransa prezidenti Emmanuel Makronun ofisi açıq şəkildə bildirib ki, Fransa sənaye müstəqilliyi və Avropanın rəqabət qabiliyyətinə əsaslanan bir gündəm istəyir.
Son beş ildə Avropa Komissiyasının ən görkəmli üzvlərindən biri olan Breton milyarder İlon Maskla baş verən qalmaqal, AB-nin iri texnologiya şirkətləri üçün tənzimləmələrində aparıcı rolu, AB-nin koronavirusa qarşı peyvənd siyasəti və müdafiə sənayesini dəstəkləmək səyləri ilə tanınır.
Sosial media platformasında yayımlanan Bretonun istefa məktubunda, “Şübhəli idarəçiliyin daha bir sübutu olan bu son hadisələr nəticəsində mən belə qənaətə gəlməliyəm ki, daha Komissiyadakı rolumu davam etdirə bilmərəm”, – yazılıb.
“Reuters” bu iddianı təsdiq edə bilməyib. Von der Leyenin ofisi Bretonun açıqlamaları və istefası ilə bağlı suallara cavab verməyib.
Hər bir AB üzv dövlətinin Komissiyada üzvü olsa da, onların siyasi təsiri və əhəmiyyəti gündəmdən asılı olaraq dəyişə bilər.