“Fox News” və “Wall Street Journal”da böyük paya sahib olan ailə şirkətinin müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı 93 yaşlı Mördokun təşəbbüsü bütün dünyada yaxından izlənilir.
Məşhur televiziya serialı “Succession”a da ilham verən Mördok ailəsindəki taxt davası uzun müddətdir gündəmdədir. Mördok böyük oğlu Laçlan Mördokun ölümündən sonra media şirkətinə nəzarət etməsini istəyir.
Mördokun tələbi ilə bağlı qərar bu gün Nevada ştatında bağlı qapılar arxasında başlayan məhkəmədə veriləcək.
***
Mördokun ailə müəssisəsi 1999-cu ildə Rupert Mördok ikinci arvadı Anna ilə boşandığı zaman yaradılıb. Bu şirkətin razılaşmasına görə, Mördokun ölümündən sonra səs hüququnu təmin edən səhmlər onun dörd övladı olan Prudens, Elizabet, Lachlan və Ceyms arasında bölüşdürüləcək.
Bildirilir ki, Rupert Mördok mühafizəkar olan böyük oğlu Lachlan istisna olmaqla, daha üç siyasi cəhətdən mötədil övladını şirkət rəhbərliyindən uzaqlaşdırmaq məqsədi daşıyır.
Mütərəqqi qruplara verdiyi ianələrlə tanınan Ceyms Mördok redaksiya məsələlərində fikir ayrılıqlarına görə “News Corp”un direktorlar şurasından istefa verib.