Vaxt.Az

“Odla oynamağın nəticələri”


 

Kremlin Trampa sui-qəsdə cəhd edən hücumçunun Ukrayna ilə əlaqəsi haqqında...

“Odla oynamağın nəticələri” ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin Ukrayna ilə əlaqələrinin üzə çıxmasından sonra Kremldən bu gün (sentyabrın 16-da) açıqlama verilib.

Kremlin sözçüsü Dmitri Peskov, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) “Tramp'a sui-qəsd cəhdi” olaraq müəyyən etdiyi hadisə ilə bağlı bunları deyib: “Bunu düşünməli olan biz deyilik, ABŞ kəşfiyyat xidmətləri. Hər halda odla oynamağın öz nəticəsi var”.

“Reuters” xəbər agentliyinin məlumatına görə, açıqlamada ABŞ-ın Rusiyaya qarşı Ukraynaya dəstəyinə işarə edilir.

“The New York Times”, “Fox News” və CNN hüquq-mühafizə orqanlarına əsaslanaraq xəbərlərində şübhəlinin 58 yaşlı Havay sakini Rayan Uesli Rut olduğunu açıqlayıb.

Rutun adına açılan şəxsi sosial media hesablarında Ukraynanı Rusiyaya qarşı müharibəsində açıq şəkildə dəstəkləyən yazılar yer alırdı.

“The New York Times” keçən il Ukraynanın müharibə səylərinə kömək etmək üçün könüllü olan amerikalılar haqqında məqalə üçün Rutdan müsahibə almışdı.

Rut qəzetə 2022-ci ildə Ukraynaya getdiyini və bir neçə ay orada qaldığını və ölkəsindəki Taliban idarəçiliyindən qaçan bəzi əfqan əsgərlərini Ukraynada döyüşmək üçün işə götürməyə çalışdığını demişdi.

Dünən (sentyabrın 15-də) keçirilən mətbuat konfransında hüquq-mühafizə orqanları, ABŞ Məxfi xidməti agentləri tərəfindən Tramp Milli Qolf Klubu meydanının yaxınlığındakı kolluqlarda AK-47 avtomatı ilə aşkar edilən şübhəlinin ələ keçirildiyini açıqlayıb. Məxfi xidmət agentləri qara rəngli avtomobillə qaçan şübhəliyə atəş açıblar.

Agentləri gecə saat 1:30 radələrində silahlı şəxslə atışmada olublar. Silahlı şəxs daha sonra silahını, iki bel çantasını və digər əşyalarını ataraq qara rəngli “Nissan” markalı avtomobilə minərək qaçıb.

Polis rəisi bildirib ki, bir şahid silahlı şəxsi görüb və yerli polis onu nəzarətə götürməzdən əvvəl onun avtomobilinin və nömrəsinin fotosunu çəkə bilib.

 





16.09.2024    çap et  çap et