Vaxt.Az

Daşqınlarda 10 nəfər həlak olub


 

Güclü yağışlar nəticəsində kənd və qəsəbələr su altında qalarkən, bəzi körpülər uçub, evlər dağılıb

Daşqınlarda 10 nəfər həlak olub Polşadan Rumıniyaya qədər mərkəzi və şərqi Avropanın bir çox ölkəsində günlərlə davam edən leysan yağışlardan sonra çayların daşması nəticəsində bir çox şəhər su altında qalarkən, ən azı 10 nəfər həyatını itirib.

Həftə sonu Çexiya ilə Polşanın sərhədyanı ərazilərində güclü yağışlar yağıb. Rumıniyanın şərqində kənd və qəsəbələr su altında qalarkən, bəzi körpülər uçub, evlər dağılıb.

Polşa hökuməti bu gün keçiriləcək iclasında fəlakət vəziyyəti elan edib-etməmək məsələsinə baxacaq.

Bu gün (sentyabrın 16-da) Çexiya və Polşanın sərhəd bölgəsində çaylar azalmağa başlasa da, daşqın daha böyük bölgələrə yayılır.

Çexiyada bir gecədə Morava çayının yüksəlməsi nəticəsində paytaxt Praqadan 230 km şərqdə yerləşən və 10 min əhalisi olan Litovelin 70 faizi su altında qalıb. Livotel şəhərinin meri “Facebook”da yayımladığı videoda məktəblər və səhiyyə müəssisələrinin bağlandığını bildirib.

Çexiyanın Baş naziri Petr Fiala dünən “X” sosial platformasında verdiyi açıqlamada bu gün üçün növbədənkənar iclas çağırıb və Çexiyada 12 mindən çox insanın fəlakət bölgələrindən təxliyə edildiyini açıqlayıb.

Dünən (sentyabrın 15-də) Rumıniyada daşqın fəlakəti 6 nəfərin ölümünə səbəb olub, bir avstriyalı yanğınsöndürən isə dünyasını dəyişib. Polşada ötən gün bir nəfər boğularaq ölüb.

Slovakiyanın paytaxtı Bratislava və Macarıstanın paytaxtı Budapeştdə Dunay çayının yüksəlməsinə qarşı hazırlıq işləri görülür.

 





16.09.2024    çap et  çap et