Vaxt.Az

NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi


 

“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”

NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi İsveçin baş naziri Ulf Kristersson NATO-nun Finlandiyada yeni qərargah yaradacağını bəyan edərək, İsveç və Finlandiyanın bu qərargaha rəhbərlik etməsini təklif edib.

İsveçin baş naziri Ulf Kristersson paytaxt Stokholmda Finlandiyanın baş naziri Petteri Orpo ilə görüşüb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Kristersson Finlandiya ilə birlikdə Finlandiyanın şimalında NATO quru qüvvələrinin yeni qərargahına rəhbərlik etmək təklifi aldıqlarını açıqladı.

Yeni qərargahın bütün NATO-nun müdafiə qabiliyyətini gücləndirəcəyini bildirən Kristersson, “Biz NATO-nun İsveç və Finlandiyaya qurulacaq yeni qərargahlara rəhbərlik etmək təklifini alqışlayırıq. Bizim ortaq məqsədimiz NATO çərçivəsində Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etməkdir”, – deyib.

Finlandiyanın baş naziri Orpo da Rusiyaya qarşı Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirərək, “Rusiyanın Ukraynaya təcavüzü və 2022-ci ildə genişmiqyaslı işğalı beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini açıq şəkildə pozur. Rusiya Ukrayna xalqına əzab gətirdi. Avropa və qlobal təhlükəsizliyi təhdid etdi. Ukraynanın Rusiyanın qəddar və qeyri-qanuni işğalçı müharibəsinə qarşı müdafiəsini dəstəkləmək bizim əsas prioritetimizdir”, – deyib.

 





16.09.2024    çap et  çap et