Vaxt.Az

Su-qəsdçi iki maddədən mühakimə olunacaq


 

Florida qubernatoru hadisəylə bağlı ayrıca araşdırma aparılacağını deyib

Su-qəsdçi iki maddədən mühakimə olunacaq ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı “sui-qəsd cəhdi” olduğu bildirilən hadisənin şübhəlisi məhkəmədə federal silah qanunlarını pozmaqda iki ayrı ittihamla ittiham olunub.

Trampı silahı ilə hədəfə aldığı iddiası ilə bu gün ilk dəfə hakim qarşısına çıxan 58 yaşlı Rayan Uesli Ruta qarşı “odlu silah saxlamaq” və “seriya nömrəsi silinmiş silah saxlamaq” maddələri ilə iki ayrı ittiham irəli sürülüb.

Florida ştatında federal məhkəmə zalına zəncirlənmiş və mavi kombinezonda gətirilən Rut ilk iclasda federal silah qanunlarını pozduğu səbəbi ilə hakimin suallarını cavablandırıb.

Daha əvvəl başqa cinayətlərdə də mühakimə olunduğu bildirilən Ruta qarşı istintaq davam edir.

Digər tərəfdən Florida ştatının Respublikaçı Qubernatoru Ron DeSantis mətbuata açıqlamasında Trampa qarşı ikinci “sui-qəsd cəhdi” olduğu bildirilən hadisə ilə bağlı ayrıca araşdırma aparacağını açıqlayıb.

DeSantis, “Federal hökumətin bu işə qarışdığını başa düşürəm, lakin biz əyalət qanunlarının dəfələrlə pozulduğuna inanırıq. Həmçinin inanırıq ki, tam həqiqətin etibarlı şəkildə ortaya çıxmasını təmin etməliyik”, – deyib.

 





16.09.2024    çap et  çap et