Yeni ölənlərin sayı, ölkəni idarə edən hərbi xunta tərəfindən elan edilən 113 nəfərdən iki dəfə çoxdur.
Dövlət televiziyası bildirib ki, “Yağı” siklonunun yaratdığı daşqınlar təxminən 260 min hektar çəltik və digər əkin sahələrini məhv edib.
“Bu fəlakət Aunq San Suu Kyi-nin demokratik yolla seçilmiş hökumətini devirən 2021-ci ildə çevrilişdən bəri ölkənin yaşadığı təhlükəsizlik, humanitar və siyasi böhranı daha da dərinləşdirib”, – “France-Presse”dən bildirilib.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, Myanmada təxminən 631 min insan daşqınlardan zərər çəkib.
Myanmada insanların qida, geyim, içməli su və sığınacaq da daxil olmaqla təcili yardıma ehtiyacı olduğunu vurğulayan OCHA, qırılan kommunikasiya xətlərinin, bağlı yolların və zədələnmiş körpülərin yardım səylərinə ciddi şəkildə mane olduğunu bildirib.
BMT ofisinin məlumatına görə, xüsusilə ucqar ərazilərdə telekommunikasiya şəbəkəsinə dəyən ziyan qurbanlar haqqında məlumat əldə etməyi ləngidir.
Dünya Ərzaq Proqramı (WFP) dünən verdiyi açıqlamada daşqınların Myanmanın yaxın tarixinin ən böyük daşqın fəlakəti olduğunu bildirib.