Vaxt.Az

Təbliğat və provokasiyaya qarşı


 

“Meta” Rusiya dövlət mediasını öz platformalarında qadağan edir

Təbliğat və provokasiyaya qarşı “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan ABŞ-da yerləşən “META Group”, dünən axşam (sentyabrın 16-da) hər hansı “xarici müdaxilə fəaliyyətindən” qaçmaq üçün Rusiya dövlət mediasına bütün dünyada öz platformalarından istifadəni qadağan etdiyini açıqlayıb.

Sözügedən media qurumlarının qrupun sosial media platformalarında monitorinqdən yayınaraq təbliğat və provokasiya əməliyyatları keçirmək üçün aldadıcı taktikalara əl atdıqları bildirilib.

“Reuters”in verdiyi məlumata görə, qrup öz yazılı bəyanatında qadağanın diqqətli qiymətləndirmədən sonra qoyulduğunu vurğulayıb.

Qadağa ABŞ dövlət katibi Entoni Blinkenin sentyabrın 13-də Rusiyanın dövlət media orqanı olan “Russia Today”i sabitliyi pozan fəaliyyətdə, onu Rusiya kəşfiyyatının “qoluna” çevrilməkdə ittiham etməsindən bir qədər sonraya təsadüf edib.

 





17.09.2024    çap et  çap et