Zelenski sosial media hesabında verdiyi açıqlamada gün ərzində Ukraynanın qələbə planının hazırlanması ilə bağlı müxtəlif formatlarda görüşlər keçirildiyini qeyd edib.
Planın hazırlanması və bütün maddələrin həqiqi hərbi, diplomatik və iqtisadi baxımdan doldurulması üzərində işləməyə davam etdiklərini bildirən Zelenski, bu işlərdə hər sahədə önəmli şəxslərin yer aldığını bildirib.
Zelenski, “Qələbə planında Ukrayna üçün lazımi addımlar konkret olaraq müəyyən edilib. Bunlar həqiqi və ədalətli sülhün təmin edilməsi üçün atılacaq mümkün güclü addımlardır. Hər bir mərhələ üçün dəqiq bir siyahı var, tam olaraq nəyə ehtiyac var, dəqiq nə olacaq, güclənmək üçün nə etmək lazımdır? 90 faizindən çoxu yazılan plan təkcə Ukrayna üçün deyil, həm də dünyada beynəlxalq hüquqa dəyər verən hər kəs üçün vəziyyətin düzgün inkişafını təmin edə bilər. Qələbə planı gələn həftə müttəfiqlərə təqdim ediləcək”, – deyib.