Məlumatlarda qeyd olunub ki, 100 yaşdan yuxarı əhalinin sayı 54 il ardıcıl olaraq artıb. Sentyabr ayı etibarilə ölkədə 100 yaşdan yuxarı əhali 95 min 119 olaraq qeyd edildi.
Yaponiya dünyanın ən uzun ömür uzunluğuna malik ölkələrindən biri kimi seçilir.
Ölkədə “əsr yaşayanların” əhalisi ölkə tarixində ilk dəfə olaraq 95 mini ötüb. Keçən ilki məlumatlarla müqayisədə 100 yaşdan yuxarı insanların sayı 2 min 980 artıb. Onların 83 min 958 nəfərinin qadın, 11 min 161 nəfərinin isə kişi olduğu qeyd edilib.
Nazirlik sözçüsü mövzu ilə bağlı açıqlamasında, “Biz yaşlıların öz icmalarında rahat yaşamağa davam etmələri üçün tibbi və tibb bacısı baxımı da daxil olmaqla sosial rifah xidmətlərini artırmağa çalışacağıq”, – deyib.
Yaponiyada ilk dəfə 1963-cü ildə “bir əsrdən çox ömür sürənlər”lə bağlı əhali məlumatları qeydə alınmağa başlanıb.
Təxminən 125 milyon əhalisi olan Yaponiya uzun ömür uzunluğu ilə tanınır. Yaşayan ən yaşlı insan 116 yaşlı İtuka Tomiko da Yaponiyada yaşayır.