Von der Leyen Strasburqda keçirdiyi mətbuat konfransında iyunun 6-9-da keçirilən Avropa Parlamentinə (AP) seçkilərdən sonra növbəti 5 il müddətində sədrlik edəcəyi Komissiya üzvlərini açıqlayıb.
Müvafiq olaraq, AB-nin icraedici orqanı kimi fəaliyyət göstərən Komissiyanın yeni strukturunda 6 vitse-prezident var.
İspaniyadan Tereza Ribera “Təmiz, Ədalətli və Rəqabətli Transformasiya”, Fransadan Stefan Sejurne “Rifah və Sənaye Strategiyası”, Estoniyadan Kaja Kallas “Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti”, İtaliyadan Raffaele Fitto “Harmoniya və İslahat”, Finlandiyadan Henna Virkunen “Texnoloji Müstəqillik, Təhlükəsizlik və Demokratiya” və Rumıniyadan olan Roksana Minzatu “İctimai, İmkanlar və Hazırlıq” üzrə vitse-prezidentlər oldular.
Yeni Komissiyanın işə başlaması üçün hər bir üzv AP-nin müvafiq komitələrində iclaslarda iştirak etməli və öz proqramlarını izah etməli, sonra isə bütün Komissiya AP Baş Assambleyasında etimad səsi almalıdır. Bu prosesin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.