Yeni Amerika Təhlükəsizlik Mərkəzi (CNAS) hərbi pilotsuz uçuş aparatlarının (PUA) qlobal bazarı ilə bağlı hesabat dərc edib. Molli Kempbell tərəfindən hazırlanan hesabata görə, Çin, Türkiyə və İranın ucuz hərbi pilotsuz təyyarələr hazırlamasından sonra İsrail və Amerikanın pilotsuz təyyarələr bazarındakı üstünlüyü sona çatıb.
***
Çin, Türkiyə və ABŞ 2018-ci ildən bəri 40 müxtəlif ölkəyə ümumilikdə 69 silahlı hərbi PUA satıb. Türkiyə bu satışların 65 faizini reallaşdırdığı halda, Çin 26 faizini, ABŞ isə cəmi 8 faizini həyata keçirə bilib.
2022-ci ildə 6 yeni ölkə PUA satın aldığı halda, bunların hamısı “Baykar” tərəfindən istehsal olunan “Bayraktar TB2” olub. Çinin PUA satışları 2014-cü ildə pik nöqtəsinə çatdığı halda, 2021-ci ilə qədər Türkiyə Çini keçərək dünyanın ən böyük təchizatçısına çevrildi.
***
Məlumata görə, Türkiyə PUA-larının Liviya, Dağlıq Qarabağ və Ukraynadakı döyüş meydanlarında uğurlu çıxışı və bu performansın mediada müsbət əksini tapması Türkiyə PUA-larını zirvəyə çatdırıb.