«Olmaz, bu cür süjetlərin efirə verilməsi yolverilməzdir. Biz fransız, ingilis deyilik ki, oturub öz kinomuzda erotik səhnəyə baxaq. Görün Azərbaycan kinosunu nə günə qoyublar. Çox heyf ki, bu cür adamlar gəlib, serial çəkib insanlarımıza pis örnək olurlar «.
Xatırladaq ki, bu gün sözügedən serialla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də açıqlama verib. O bildirib ki, Azərbaycanın teleradio kanallarında yayımlanan verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı məsələ, Şura tərəfindən daim nəzarətdə saxlanılır: «Çox təəssüf ki, Azərbaycanın televiziya kanallarında gedən bəzi verilişlərdə bu dəyərlərə hörmətsiz yanaşılır. Təbii ki, Azərbaycan televiziyalarında yayımlanan seriallardakı erotik səhnələr tutaq ki, Avropa səhnəsində adi şəkildə qarşılanardısa, ölkəmizdə bu müsbət qəbul edilmir. Televiziya kanalları bu cür məsələləri ciddi nəzərə almalıdırlar».