Vaxt.Az

Pentaqon qoşun göndərdi


 

Arktikada ABŞ-Rusiya rəqabəti güclənir

Pentaqon qoşun göndərdi Rusiyanın ABŞ-ın Alyaska bölgəsində son vaxtlar artan hərbi fəaliyyətinə cavab olaraq ABŞ bu bölgəyə qoşun yeridib.

Rusiyanın 10-16 sentyabr tarixləri arasında Sakit və Şimal Buzlu okeanları başda olmaqla bir çox dəniz bölgələrini əhatə edən “Okean-24” hərbi təlimləri narahatlıq doğururdu. Rusiyanın hərəkətlərinə cavab olaraq ABŞ ordusu Alyaska yarımadasının cənub-qərb uzantısını təşkil edən Aleut adalarına mobil raket qurğuları ilə təchiz olunmuş təxminən 130 əsgər göndərib.

Şimali Amerika üçün aerokosmik mühafizəni təmin edən ABŞ və Kanadanın birgə təşkilatı olan Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) 11-15 sentyabr tarixlərində Alyaska sahillərində Rusiya hərbi təyyarələrini aşkar edib izlədiyini bildirdi.

Müdafiə Nazirliyinin (Pentaqon) açıqlamasında Rusiyanın 8 hərbi təyyarəsi və 2 sualtı qayıq daxil olmaqla 4 donanma gəmisinin Alyaskaya yaxınlaşdığı, lakin onların təyyarələrinin ABŞ hava məkanını pozmadığı qeyd edilib. “Güc Proyeksiyası” adlı əməliyyat çərçivəsində ABŞ əsgərləri keçən həftə Alyaskanın Ankoric şəhərindən təxminən 2 min kilometr cənub-qərbdə yerləşən Şemya adasına göndərilib.

Şemya adasında İkinci Dünya Müharibəsindən qalma ABŞ Hərbi Hava Qüvvələrinə məxsus aviabazanın olduğu məlumdur.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general-mayor Pat Rayder dünənki mətbuat brifinqində deyib: “Biz yaxınlıqda rusların və çinlilərin birlikdə uçduğunu ilk dəfə görmürük və biz bunu diqqətlə izləyirik və cavab verməyə hazırıq”.

 





18.09.2024    çap et  çap et