Vaxt.Az

Şübhəli zərf həyəcanı


 

17 ştata içərisində şübhəli maddə olan məktublar göndərilib

Şübhəli zərf həyəcanı ABŞ seçkilərinə cavabdeh olan bəzi məmurlara “şübhəli” zərflərin göndərilməsi panikaya səbəb olub.

ABŞ-ın 17 ştatında bəzi seçki rəsmilərinə “şübhəli” məktubların göndərildiyi, bəzilərində hələlik məzmunu bəlli olmayan maddələrin olduğu Federal Təhqiqatlar Bürosu (FTB) və Poçt Təftiş Xidmətinin məktubları araşdırdığı bildirilib.

“Məktubların bəzilərində naməlum maddələr var. Biz məktubları təhlükəsiz şəkildə toplamaq üçün hüquq-mühafizə partnyorlarımızla sıx işləyirik”, – FTB və Poçt Müfəttişliyi Xidməti “CBS News”a açıqlamasında bildirib.

Açıqlamada, Oklahoma, Kanzas, Tennessi, Ayova və İndiana da daxil olmaqla 17 ştatda seçki rəsmilərinə göndərilən məktubların sayını, məktubların göndərilməsinə görə məsul şəxs və ya şəxslərin kimliyini və səbəbini müəyyən etmək üçün araşdırmaların davam etdiyi bildirilib.

“Şübhəli” zərflərin göndərildiyi dörd ştatın səlahiyyətliləri məktubları aldıqdan sonra heç bir mənfi təsirlə qarşılaşmadıqlarını qeyd ediblər. Tennessi Dövlət Katibliyinin sözçüsü, məktubdakı maddə üçün təhlükəli material testinin mənfi olduğunu söylədi.

Oklahoma Seçki Şurasının verdiyi açıqlamada məktubda “naməlum maddənin” olduğunun müəyyən edildiyi vurğulanıb.

2023-cü ilin noyabrında tərkibində fentanil və ya digər maddələr olan zərflər Corciya, Nevada, Kaliforniya, Oreqon və Vaşinqtondakı seçki ofislərinə göndərilib.

 





18.09.2024    çap et  çap et