Mərkəzi ofisi Lüksemburqda olan və AB-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Baş Məhkəmə, “Google”un “Alphabet” çətiri altında AB Komissiyasının tətbiq etdiyi cəriməyə qarşı açdığı iddiada qərarını açıqlayıb.
Məhkəmə, AB Komissiyasının 5 il əvvəl “Google”a “AdSense” internet reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.
Qərarda “Ümumi Məhkəmə Komissiyanın “Google AdSense” ilə bağlı qərarını ləğv etdi”, – yazılıb.
Məhkəmə, Komissiyanın “Google”u təxminən 1,5 milyard avro cərimələdiyi qərarda müqavilə bəndlərinin müddətinin dəyərləndirilməsində səhvlərə yol verildiyinə qərar verdi.
“Google AdSense” veb sayt sahibləri və reklamçılar arasında vasitəçi rolunu oynayır.