Son rəy sorğularında birinci yerdə olan ifrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) nasist keçmişinə baxmayaraq, ümumi seçkidə qalib gələcəyi dəqiqdir.
İyun ayında keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçı FPÖ seçkilərdə qalib gəlmişdi. Avstriyada keçirilən bütün sorğularda İkinci Dünya müharibəsindən sonra ilk dəfə bir seçkidə zirvəyə çıxan ifrat sağçıların parlament seçkilərinin qalibi olacağı gözlənilir. FPÖ-nün seçkidə ən azı 28 faizdən səs alacağı təxmin edilir.
1933-cü ildən Almaniyada nasist diktatoru Adolf Hitlerin hakimiyyəti ələ keçirməsindən sonra Avstriyada meydana çıxmağa başlayan nasist ideologiyası, 1938-ci ildə müstəqil dövlət olan Avstriya “böyük alman imperiya qurmaq” xülyası ilə nasist Almaniyasına birləşərək bu ölkənin əyalətinə çevrilmişdi.