Vaxt.Az

11 saatdan çox uçub


 

Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb

11 saatdan çox uçub Rusiyanın iki strateji bombardmançı təyyarəsi ABŞ-ın Alyaska ştatı yaxınlığında uçub. Rusiya uçuşların beynəlxalq qaydalara uyğun həyata keçirildiyini bəyan edib.

Bildirilib ki, Rusiyanın iki “Tu-95ms” strateji bombardmançı təyyarəsi ABŞ-ın Alyaska ştatının qərb sahili yaxınlığında Berinq dənizinin neytral suları üzərində planlaşdırılmış uçuşu başa vurub.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada iki “Tu-95ms” strateji bombardmançısının Alyaskanın qərb sahili yaxınlığında 11 saatdan çox planlı uçuş həyata keçirdiyi qeyd edilib.

Açıqlamada təyyarələri “Su-35” və “Su-30SM” döyüş təyyarələrinin müşayiət etdiyi bildirilib və bütün uçuşların hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun həyata keçirildiyi vurğulanıb.

 





24.09.2024    çap et  çap et